02 iyul 2025 22:54
137

Polisi Günü münasibətilə Culfa rayonunda tədbir keçirilib

2 iyul – Azərbaycan Polisi Günü münasibətilə Culfa rayonunda tədbir keçirilib. 

“İki sahil” xəbər verir ki,  tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov və polis şöbəsinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Culfa şəhərindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib. Ardınca şəhidlərin abidə kompleksi ziyarət edilib, Vətən uğrunda canından keçmiş igidlərin ruhuna dua oxunub.

Daha sonra Culfa Rayon Polis Şöbəsində keçirilən tədbirdə çıxış edən Sara Hüseynova qeyd edib ki, Azərbaycan polisi qanunun aliliyini, vətəndaşların təhlükəsizliyini və dövlətin sabitliyini qoruyan əsas qurumlardandır: “Polis xalqın inam və güvən yeridir. Onların gündəlik fəaliyyəti cəmiyyətimizin rifahına xidmət edir.”

Sonda xidmətdə fərqlənən polis əməkdaşlarına fəxri diplomlar təqdim olunub.