İyulun 3-nə keçən gecə Serbiyanın paytaxtı Belqradda icazəsiz etiraz aksiyasının iştirakçıları polis əməkdaşlarına hücum edib.
“İki sahil” Serbiya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bir asayiş keşikçisi yaralanıb, bir nümayişçi saxlanılıb.
Qeyd edilir ki, hadisə Kral Aleksandr bulvarı ilə Ruzveltova küçəsinin kəsişməsində, qaydanı pozaraq yolun hərəkət hissəsinə zibil qabı qoyan şəxsin saxlanılması zamanı baş verib.
Xəsarət alan hüquq-mühafizə orqanı əməkdaşı tibbi yardım üçün tibb müəssisəsinə göndərilib. Nazirlik əlavə edib ki, polis briqadasının avtomobilinə də ziyan dəyib.