Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi 2025-2029-cu illər üzrə komissiyanın yeni tərkibini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsindən (MOK) məlumat verilib.
Qeyd edilib ki, komissiyanın yeni tərkibində MOK-un iki üzvü də yer alır.
Qərara əsasən, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Avropa Olimpiya Komitələrinin (AOK) eSports Komissiyasının, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov Avropa İttifaqı və Beynəlxalq
Əlaqələr Komissiyasının üzvü seçiliblər.