Məşhur aktyor Maykl Medsen 67 yaşında vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Medsen "Reservoir Dogs", "Kill Bill" və "The Hateful Eight" filmlərindəki rolları sayəsində populyarlıq qazanıb.
Aktyorun meneceri Ron Smit bildirib ki, o, cümə axşamı səhər ürək tutmasından dünyasını dəyişib.