04 iyul 2025 17:48
148

Naxçıvanda 2024-2025-ci tədris ilində şagird nailiyyətlərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib

İyulun 4-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2024-2025-ci tədris ilində şagird nailiyyətlərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında son dövrlərdə Ölkə başçısı cənab İlham Əliyevin başçılığı ilə mühüm yeniliklərə imza atılır, muxtar respublikanın sosial-iqtisadi inkişafı üçünirimiqyaslı layihələr həyata keçirilir. Muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, 2024-2025-ci tədris ili Naxçıvanda təhsil nailiyyətləri baxımından müsbət nəticələrlə yadda qalıb. Bu dövrdə həm təhsilalanların nəticələrinin yaxşılaşdırılması, həm də təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində əhəmiyyətli işlər görülüb və yüksək nailiyyətlər əldə edilib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov şagirdləri onların müəllimlərini və valideynlərini təbrik edərək 2024-2025-ci tədris ilində muxtar  respublikada təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər, əldə olunan uğurlarla bağlı məlumat verib.Qeyd olunub ki, bu il tam orta təhsil səviyyəsi üzrə 467 məzun 200-250, 302 məzun 250-300 intervalında bal toplayıb. 2 məzun isə 300 bal toplayaraq ölkə üzrə ən yüksək nəticəni göstərib. Cari ildə həmçinin Naxçıvan Muxtar Respublikasında ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrində də ötən illə müqayisədə müsbət dinamika müşahidə olunub. Belə ki, 200–249 bal intervalında nəticə göstərən şagirdlərin sayı ötən ilə nisbətən 25, 250–300 bal intervalında 29, 200-300 bal aralığında nəticə göstərən şagirdlərin sayında isə 26 faiz artım olub. Həmçinin cari tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 196, tam orta təhsil səviyyəsi üzrə isə 277 məzun təhsilini fərqlənmə attestatı ilə bitirib. Fərqlənmə attestatı ilə bitirən məzunların sayı ötən illə müqayisədə ümumi orta təhsil səviyyəsi üzrə 47, tam orta təhsil səviyyəsi üzrə isə 8 faiz artıb.

Vurğulanıb ki, muxtar respublikada istedadlı şagirdlərin aşkara çıxarılması və onların elmi biliklərə yönləndirilməsi istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Müsabiqə və olimpiadalarda uğurlu nəticələr əldə olunub. 

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elburus İsayev şagirdlərə təbrikini çatdıraraq və tədbirin əhəmiyyətini qeyd edərək bildirib ki, bu format çox maraqlı formatdır və dövlət nümayəndələrinin təhsil menecerlərinin iştirakı ilə şagidlərimizin bir araya gəlməsi, əlbəttə ki, gələcəkdə onların özünə inamı, gələcəkdəki fəaliyyətinin böyük dəstəyin ilk nümunəsi kimi çox maraqlıdır.
Naxçıvan Qızlar Liseyinin məzunu, birinci cəhd blok imtahanlarında Naxçıvan  Muxtar Respublikası üzrə ən yüksək, yəni 690 bal tolayan Sehrin Cəfərova çıxış edərək öz uğur heykayəsi barədə məlumat verib. 
Tədbirdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq təhsil sahəsində həyata keçirilən tədbirlər, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq və inteqrasiya fəaliyyətləri, müəllimlərin peşəkar inkişafı və şagird nailiyyətləririni artırılması ilə bağlı həyata keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təsis olunan II fizika-riyaziyyat, Kimya-Biologiya Olimpiadalarının, ölkə üzrə təşkil olunan  müxtəlif olimpiada və müsabiqələrin qaliblərinə, idmanın müxtəlif sahələr üzrə uğur qazanan və xüsusi bacarığı ilə seçilən, buraxılış və qəbul imtahanlarında ən yüksək nəticə göstətərən şagirdlərə, həmçinin “Gənc xilasedici və yanğınsöndürən” yarışının qalibi olmuş Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin, Azərbaycan çempionatının qalibi Voleybol üzrə "Möminə Xatun" komandalarının üzvlərinə, “Ən yaxşı təqdimat”müsabiqəsində və Fənn Olimpiadalarında qalib olan şagirdlərə hədiyyələr və Təhsil Nazirliyinin diplomları təqdim olunub. 
Tədbirdə həmçinin  Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik- leytenant Yaşar Hüseynov və tədbirin sponsorları Təhsil Nazirliyinin təşəkkürnamələri ilə təltif olunub. 
Məlumat üçün bildirək ki, tədbirin sponsorları “Kapital bank”, ”Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti, “Çinar yayımları” nəşriyyatı, Sinkod yayın və dağıtım”  Məhdud Məsuliyyətli Cəmiyyəti olub.   
Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq -GənclərYaradıcıllıq Mərkəzinin dərnək üzvlərinin ifasında mahnılar ifa olunub, rəqs qruplarının çıxışları olub.