05 iyul 2025 14:14
131

Anar Quliyev Şirvanda vətəndaşları qəbul edib

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şirvan şəhərində Biləsuvar, Neftçala, Naftalan və Hacıqabul rayon sakinlərini qəbul edib.

“İki sahil” Komitəyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların tikintiyə icazə və torpaq münasibətləri ilə bağlı sualları cavablandırılıb, şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi və qurumun yaratdığı Elektron İcazə sisteminin üstünlükləri barədə onlara ətraflı məlumat verilib.