05 iyul 2025 16:52
125

Laçın Rayon Polis Şöbəsindən əməliyyat tədbiri: 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlanıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olan Şıxəli İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, Ş.İsmayılovun yaşadığı ünvana baxış zamanı onun həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 300-ə yaxın çətənə bitkisi aşkarlanıb. Həmçinin yardımçı tikililərdə qurudulmaq üçün asılmış 83 ədəd çətənə bitkisi, həşiş qətranı, marixuana və çətənə toxumları da aşkar olunub.

Əlavə olaraq, həmin ünvandan 1 ədəd avtomat, 1 ədəd tüfəng, 2 ədəd tapança, bu silahlara məxsus 8 ədəd daraq və 400 ədəd patron da götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şıxəli İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.