Novak Cokoviç “Uimbldon”da 100-cü qələbəsini qazanıb.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, serbiyalı idmançı bunu yarışın üçüncü turunda həmyerlisi Miomir Keçmanoviçi 3:0 (6:3, 6:0, 6:4) hesabı ilə məğlub etdiyi görüşdə reallaşdırıb.
Novak “Uimbldon”da 100 qələbə qazanan ikinci tennisçi olub. Turnirin rekordu Rocer Federerə məxsusdur. İsveçrəli tennisçinin 105 qələbəsi var.
Qeyd edək ki, N.Cokoviç “Uimbldon”un 7 qat qalibidir. Serbiyalı tennisçi 4-cü turda avstraliyalı Aleks de Minaurla qarşılaşacaq.