07 iyul 2025 09:16
116

Meksika millisi ardıcıl ikinci dəfə CONCACAF-ın Qızıl Kubokunu qazanıb

Meksika millisi ABŞ-ni 2:1 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə CONCACAF-ın Qızıl Kubokunu qazanıb.

“İki sahil” xəbər verir ki, final matçı ABŞ-nin Hyuston şəhərində keçirilib.

Meksikalıların heyətində qolları Raul Ximenes və Edson Alvares vurub. ABŞ-nin yeganə qolunun müəllifi isə Kris Riçards olub.

Meksika millisi bununla 13-cü titulunu qazanıb.