07 iyul 2025 13:50
113

Dərmandan zəhərlənənlərin sayı...

2025-ci ilin ilk altı ayı ərzində dərmandan zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 275 nəfər qəbul edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.

"Həkimlərin səylərinə baxmayaraq onlardan 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb",- deyə R.Məmməd əlavə edib.

Qeyd edək ki, ötən il dərmandan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 507 nəfər qəbul edilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si (3 nəfər qadın cinsli, 4 nəfər kişi cinsli) dünyasını dəyişib.