07 iyul 2025 19:04
102

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində əməkdaşlığa dair təşəbbüs irəli sürməyib

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında Azərbaycan Mədəniyyət Nazirliyinin guya Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürdüyünə dair saxta sənəd yayılıb:

"Bu saxta sənədin Mədəniyyət Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Nazirlik belə bir sənəd hazırlamayıb və yaymayıb".