09 iyul 2025 10:37
102

Astarada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Astara rayonunun Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus “Hacıoğlu” marketdə keçirilmiş yoxlama zamanı normativ- hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “İki sahil”ə verilən məlumata görə, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kiloqram müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin satışda olan yağ məhsullarının saxlanma temperaturuna əməl olunmadığı aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.