09 iyul 2025 11:34
171

Tarixi çağırış olacaq - VİDEO

Türkiyədə kürd məsələsinin həlli istiqamətində siyasi proses davam edir. Belə ki, bu istiqamətdə PKK terror təşkilatının ləğv edilməsi barədə daha əvvəl bəyanat yayılmışdı.

“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, iyulun 11-də isə təşkilatın həbsdə olan lideri Abdullah Öcalanın terrorçuların və onlara dəstək verən şəxslərin silahlarını təhvil verməsinə dair yeni müraciətinin yayılması planlaşdırılır.

İstanbul yaxınlığındakı İmralı həbsxanasında saxlanılan PKK liderinin müraciətinin mətni də artıq Türkiyə mediasında yayılıb. Silahların yerə qoyulmasına həsr olunacaq konfransda yayımlanması planlaşdırılan videomüraciətdə Öcalanın ətrafında onunla birgə həbsdə olan bir neçə məhbus da yer alıb.

Yaşanan siyasi prosesin tarixi əhəmiyyətinin böyüklüyünü dərk etdiyini deyən PKK lideri bütün silahlı mübarizə metodlarını sona çatdırdıqlarını yenidən təkrarlayıb.