Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının “Əqli mülkiyyət hüququ” və "İnformasiya hüququ" ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun sədrliyi ilə keçirilən müdafiə prosesində 10 magistrantın dissertasiya işləri müdafiəyə təqdim edilib.
Sədr Kamran İmanov çıxışında bildirib ki, əqli mülkiyyət hüquqları hər bir ölkənin hüquq sistemində mühüm yer tutur. Əqli Mülkiyyət Agentliyi ölkədə əqli mülkiyyət sahəsində peşəkar və ixtisaslı kadrların hazırlanmasına xüsusi əhəmiyyət verir.
K. İmanov daha sonra məzunları təbrik edərək, təhsil yollarında onlara uğurlar arzulayıb.
Sonda imtahan komissiyası üzvləri tərəfindən magistrantların dissertasiya işləri qiymətləndirilib. Dissertasiya işlərinin müdafiəsi müvəffəqiyyətlə başa çatıb.