Bentley şirkəti EXP 15 (on beşinci eksperimental avtomobil) adlı tam elektrik modelinin konseptini təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb. Bildirilir ki, konsept həm də yenilənmiş brend emblemi daşıyan ilk avtomobil olacaq.
Bentley EXP 15-i dizaynerlər kross-kupe üslubunda hazırlayıblar. Konseptin dizaynerləri 1930-cu ilin klassik Bentley Speed Six Gurney Nutting Sportsman kupesindən ilhamlanıb. Konseptin ən qeyri-adi xüsusiyyətlərindən biri asimmetriya idi: sürücü tərəfində yalnız bir, sərnişin tərəfində isə iki qapı var. Şüşə dam bölməsi yan tərəfə sürüşərək böyük bir açılış yaradır. Arxa tərəfdə iki aktiv spoyler var.