Milli Məclisin deputatı Xanlar Fətiyev seçildiyi 98 saylı Bərdə-Tərtər Seçki dairəsi üzrə vətəndaşlarla növbəti qəbul-görüşünü keçirib.
“İki sahil” xəbər verir ki, qəbul Bərdə rayon Nazırlı, Məmmədlı kəndlərində və YAP Bərdə rayon təşkilatının inzibati binasında olub.
Qəbul zamanı Xanlar Fətiyev vətəndaşların işıq, içməli su, suvarma kanallarının təmizlədilməsi, işıq xətlərinin yenilənməsi və s. ümumi və həmçinin, vətəndaşların işlə təmin olunma və s. şəxsi problemləri ilə tanış olub, onların həllinə çalışıb.
Onlardan bir qismi qanunvericiliyə uyğun olaraq yerində həll olunub, bir qisminin həlli üçün aidiyyatı qurumlarla əlaqə saxlanılması üçün müvafiq tədbirlər görülüb.
Vətəndaşlar qəbulla bağlı razı qaldıqlarını bildirmiş, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.