10 iyul 2025 11:13
236

“Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı 2025-ci il 15 iyul tarixində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Lənkəran şəhər Q.Vəliyev adına Mədəniyyət Mərkəzində keçiriləcək.    

“İki sahil” xəbər verir ki,  “Aktyor sənəti: ənənə və müasirlik dilemması” adlı seminarın qonağı, Azərbaycan Respublikasının Xalq artisti, aktyor Qabil Quliyev gənclərə aktyor sənətinin sirləri, rejissor, aktyor və tamaşaçı  ünsiyyəti, ənənəvi və müasir stereotiplərin qırılması kimi mövzulardan söhbət açacaq.

Seminarın məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişaf prosesinə töhfə vermək həmçinin müasir beynəlxalq tendensiyaların tətbiqi ilə sahəyə marağın artırılması və gənclərin teatra cəlb edilməsilə aktiv yaradıcı mühitin formalaşdırılması kimi məqamlardan ibarətdir.