10 iyul 2025 12:11
143

Emin Əmrullayev: Xankəndi, Ağdam, Zəngilan və digər yerlərdə yeni məktəblərin açılması gözlənilir

2025-2026-cı tədris ilindən işğaldan azad olunmuş ərazilərdə 10-a yaxın məktəbin fəaliyyətə başlaması gözlənilir.

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, Xankəndi, Ağdam, Zəngilan və digər yerlərdə yeni məktəblərin açılması gözlənilir.