Məlum olduğu kimi, “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində İraqın Süleymaniyyə şəhərində bir qrup PKK üzvü silahlarını təhvil verib.
“İki sahil” “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Süleymaniyyənin Surdaş rayonunun sərhədindəki Cesena mağarasından çıxan qruplaşma üzvləri silahlarını onlar üçün ayrılmış ərazidə metal qazana atıblar.
Təhvil verilən silahlar arasında “Kalaşnikov” avtomatı, digər avtomat silahlar, raketatan və snayper silahları olub.