12 iyul 2025 11:39
121

Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan “İki sahil”ə bildirilib ki, həmin şəxs əvvəllər də analoji əmələ görə məhkum olunmuş 39 yaşlı Elnur Eyyubovdur.

Onun həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən dibçəklərdə çətənə kolları aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Eyyubov barəsində həbs qətimkan tədbiri seçilib.