14 iyul 2025 12:39
104

Yüksək nəticə göstərənlərin böyük əksəriyyətinin valideynlərindən biri müəllimdir

Müşahidələrimiz göstərir ki, yüksək nəticə göstərənlərin böyük əksəriyyətinin valideynlərindən biri müəllimdir.

“İki sahil” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, həmin valideynlər xüsusilə də riyaziyyat müəllimləri olur.