BMW M Performance Parts kataloqunun genişləndirilməsi çərçivəsində M2 idman kupesi üçün əlavə Track Package elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə "autopilot.ru" saytı məlumat yayıb.
Trek paketi olan model 2026-cı ildə sifariş üçün hazır olacaq. Bavariya istehsalçısı kamuflyajın arxasında detalları gizlədərək aerodinamik kuzov dəstində kupenin bir neçə fotosunu dərc edib.