14 iyul 2025 17:02
140

Balıq tutmağa gedən yeniyetmə Araz çayında boğulub

Araz çayının İmişlinin Göbəktala kəndinin ərazisindən keçən hissəsində yeniyetmə boğulub.

“İki sahil” xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb. Balıq tutan yeniyetmə Süleyman Cahangirli çaya düşərək boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Hazırda axtarış işləri davam etdirilir.