Təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr üçün elektron sənəd qəbuluna start verilir.
Bu barədə "İki sahil"ə Elm və Təhsil Nazirliyindən bildirilib.
Məlumata görə, köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” elektron xidmətinə daxil olaraq müraciət formasını doldurub təsdiqləməlidirlər.
Elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 22-si saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, müraciət zamanı tələb olunan sənədlər sistemə elektron şəkildə yüklənməli, təqdim olunan məlumatlar isə tam və dəqiq şəkildə göstərilməlidir.