15 iyul 2025 11:50
119

HPV peyvəndinin Azərbaycanda tətbiq edilməsi ilə bağlı müzakirələr aparırıq - Hande Harmancı

Uşaqlıq boynu xərçənginə qarşı HPV peyvəndinin Azərbaycanda tətbiq edilməsi ilə əlaqədar Səhiyyə Nazirliyi ilə müzakirələr aparırıq. Nazirlik bu peyvəndin tətbiq olunması ilə bağlı müsbət mövqedədir.

“İki sahil” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı media nümayəndələri ilə görüşdə bildirib.

O hazırda ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən əhalinin HPV vaksini ilə əlaqədar fikirlərini öyrənmək üçün sorğunun aparıldığını deyib. Qeyd edib ki, bu sorğu nəticəsində əhalidən HPV peyvəndi ilə bağlı alınan rəylər önəmli olacaq: "HPV vaksini uşaqlıq boynu xərçəngindən qorunmaq üçün çox vacibdir. Hesab edirəm ki, bir neçə il ərzində bu vaksinin tətbiqi Azərbaycanda dövlət proqramına salına bilər".