İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, prezidentlər danışıq zamanı regional problemlər, ikitərəfli əməkdaşlığın inkişafına dair fikir mübadiləsi ediblər.
Məlumata görə, onlar ikitərəfli münasibətləri ümumi maraqlara xidmət edəcək, xalqların rifahına və tərəqqisinə töhfə verəcək şəkildə gücləndirmək yollarından danışıblar.
Prezidentlər qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələləri nəzərdən keçirərək son hadisələr, xüsusilə, Yaxın Şərqdəki vəziyyətə diqqət yetiriblər.