16 iyul 2025 16:42
145

Mən açıq şəkildə dedim ki... - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında ölkə ərazisində ikinci dövlətin mövcudluğuna icazə verməyəcəyini bəyan edib.

“İki sahil” yerli KİV-ə istinadla xəbər verir ki, bu bəyanat bu gün Qarabağdakı keçmiş separatçı rejimin "nümayəndəliyi"nin binasının müsadirəsi ilə bağlı Baş Prokurorluğun təşəbbüsü fonunda səslənib.

"Mən açıq şəkildə dedim ki, Ermənistanda ikinci dövlətin mövcudluğuna icazə verə bilmərəm. Bunu əvvəllər də demişdim və ümid edirdim ki, bu mesaj başa düşüləcək. Bir, iki, üç... Dövlət tədbirlər görməlidir", - o bildirib.

N.Paşinyanın sözlərinə görə, bu əmlak Ermənistanın mülkiyyətində olmalıdır.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu bu binanın mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız sayılması tələbi ilə Kadastr Komitəsinə qarşı məhkəmə iddiası qaldırıb.