18 iyul 2025 11:45
100

Kultivasiya yolu ilə yetişdirilmiş 2 min 74 ədəd çətənə kolu aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 17-də ümumi çəkisi 5,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 882 kiloqram çəkidə 2 min 74 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.