20 iyul 2025 15:40
172

Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam Sənaye Parkında olublar

3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam Sənaye Parkında olublar.

Qonaqlar sənaye parkının rezidentlərindən birinin fəaliyyəti ilə tanış olublar.

Ağdam Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 28 may 2021-ci il tarixli sərəncamı ilə yaradılıb.

Sənaye parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin bərpasına, sənaye potensialının inkişafına şərait yaratmaq, ən əsası isə rayon əhalisinin məşğulluğunu təmin etməkdir.

Xatırladaq ki, iyulun 19-da “Rəqəmsal keçidlər: Süni intellekt əsrində informasiya və media dayanıqlığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu açılıb. Forum iyulun 21-dək davam edəcək.

“Report”