21 iyul 2025 00:30
140

Sivasda sərnişin avtobusu dağa çırpılıb

Sivasın (Türkiyə) İmranlı rayonunda sərnişin avtobusu dağın yamacına çırpılıb.

İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 33 nəfər yaralanıb.

Məlumata görə, qəza Ağrıdan İzmirə gedən sərnişin avtobusu Sivas-Ərzincan magistral yolunda Kuzköy yaxınlığında baş verib.

Qəza yerinə təcili tibbi yardım, polis, jandarma, AFAD, xilasetmə, könüllü axtarış-xilasetmə qrupları cəlb edilib.

Yaralılar təcili tibbi yardım helikopteri və avtomobilləri ilə şəhər xəstəxanalarına çatdırılıblar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”