Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasından rəsmi etiraf tələb edib.
“İki sahil” xəbər verir ki, bu barədə Rumıniyanın və Bolqarıstanın nüfuzlu media orqanlarının yaydığı məlumatlarda bildirilib. Qeyd olunur ki, Prezident bu barədə Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda çıxışı zamanı danışıb.
Rumıniyanın “Evenimentul Zilei”, “Mediafax” media orqanları, o cümlədən AGEPRES milli xəbər agentliyi, həmçinin, Bolqarıstanın BTA xəbər agentliyi, “24 chasa” və digər nəşrləri bildirirlər ki, dövlət başçısı Rusiyanın Azərbaycanın sərnişin təyyarəsini vurduğunu rəsmi şəkildə qəbul etməsini vacib hesab edir.
Rumıniya və Bolqarıstan mətbuatı bu hadisəni geniş şəkildə işıqlandırmaqla yanaşı, Prezident İlham Əliyevin çıxışını regionda təhlükəsizlik və beynəlxalq hüquq baxımından vacib çağırış kimi qiymətləndirir.