Bakı Ali Neft Məktəbində (BANM) Almaniyanın nüfuzlu akkreditasiya qurumu olan ASIIN tərəfindən təhsil proqramlarının beynəlxalq akkreditasiyası məqsədilə ekspert qiymətləndirməsi aparılıb.
“İki sahil” xəbər verir ki, qiymətləndirmə zamanı tədris proqramlarının məzmunu, əmək bazarına uyğunluğu, müəllim heyətinin ixtisas səviyyəsi və universitetin inkişaf strategiyası ətraflı müzakirə edilib. Ekspert komissiyasında ASIIN təmsilçiləri ilə yanaşı Almaniyanın fərqli ali məktəblərindən professorlar, sənaye nümayəndələri və tələbələr iştirak edib.
BANM-ın rektoru Elmar Qasımov qonaqları salamlayaraq universitetin yaranma tarixi, gənc və dinamik heyəti, həmçinin beynəlxalq standartlara uyğunlaşma istiqamətində görülən işlər barədə məlumat verib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Naxçıvan şəhərinin bəzi hissələrində içməli suyun verilişində gün ərzində fasilə yaranacaq