22 iyul 2025 09:33
91

 "Mançester Yunayted" yeni transferini açıqladı

 "Mançester Yunayted" "Brentford"un futbolçusu Brayan Mbeumonu transfer edib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı hücumçu ilə 5+1 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı “Mançester Yunayted”in Brayan üçün "Brentfor"da 65 milyon funt-sterlinq ödəyəcəyini yazıb.

Qeyd edək ki, Mbemo 2019-cu ildən "Brentford"da oynayırdı. Kamerun millisinin üzvü 2024/2025 mövsümündə Premyer Liqada 38 oyun keçirib, 20 qol vurub və 7 məhsuldar ötürmə edib.