23 iyul 2025 10:06
137

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Oyun günündə iki qarşılaşma keçiriləcək.

“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" İrlandiyanın "Şelburn" komandası ilə səfərdə üz-üzə gələcək.

Digər görüşdə isə Norveç təmsilçisi "Brann" Avstriyanın "Zalsburq" klubunu qəbul edəcək.

Qeyd edək ki, mərhələnin cavab oyunları iyulun 29-30-da keçiriləcək.

22 iyul

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi

"Şelburn" - "Qarabağ"

"Brann" - "Zalsburq"