23 iyul 2025 22:54
188

Rusiya və Ukrayna arasında razılıq FOTO

İstanbulda keçirilən danışıqların üçüncü raundunda Rusiya və Ukrayna arasında təkcə hərbi personalın deyil, mülki şəxslərin də mübadiləsi barədə razılıq əldə olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS-dakı mənbə məlumat yayıb.

"Əsas nəticə təkcə hərbçilərin deyil, mülki şəxslərin də mübadiləsidir", - agentliyin mənbəsi bildirib.

Moskva və Kiyev nümayəndələrinin İstanbuldakı görüşü 40 dəqiqəyə yaxın davam edib. Qeyd olunur ki, üçüncü turun davamı olmayacaq.