Xalq artisti ölkənin ən irimiqyaslı musiqi festivalı “Dream fest”in səhnəsində çıxış edib.
“İki sahil” xəbər verir ki, “Sultan Couture” imzası olan qızıllı libasda çıxış edən pop ulduz “Əfsanə” adlı yeni mahnısını təqdim edib. Ritmik janrda olan əsəri tamaşaçılar gür alqışlarla və izdihamla qarşılayıblar.
Estrada ulduzu qonaqlar üçün həmçinin “Zalım” hitini də səsləndirib.
Səhnədə pop ulduzu “Tünzale dance group” müşayiət edib. Rəqslərlə, xüsusi xoreoqrafiya ilə çıxış edən Xalq artisti tamaşaçılara unudulmaz anlar bəxş edib.
Xalq artistinin makiyajı üzərində stilist Sabir Bağırov çalışıb. Saç düzümünü isə tanınmış saç ustası Aygün Məmmədova edib.
Qeyd edək ki, mahnının musiqisi Xalq artistinin özünə, sözləri isə Fariz Zeynalova aiddir. Aranjıman, miks və masterinqi Emin Karim edib.
Geyim rəssamı pop ulduzun şəxsi stilisti Şamxal Ramazanlıdır. Layihənin direktoru isə Yalçın Cabbarovdur.