25 iyul 2025 00:03
160

Arif Babayevin vəziyyəti ağır olaraq qalır

Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə  Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.

Onun sözlərinə görə, atası klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Y. Babayev atasının vəziyyətinin ağır olduğunu və hansısa dəyişiklik olmadığını bildirib.