25 iyul 2025 09:20
178

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

“İki sahil” xəbər verir ki, bu həftə ölkə reytinqinə 0,875 əmsal əlavə olunub.

Bu, Azərbaycan klublarının avrokuboklarda göstərdiyi nəticələrdən sonra reallaşıb.

Hazırda Azərbaycan 18,125 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Rusiya (18,299), 30-cu sırada isə Bolqarıstan (16,875) qərarlaşıb.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94,839) başçılıq edir.