25 iyul 2025 21:59
146

Ənənəvi xarakter almış III Şuşa Qlobal Media Forumu

19 iyul 2025-ci il tarixində  Xankəndidə 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirakı ilə “Rəqəmsal Keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumuəhatə etdiyi mövzulara görə əhəmiyyətli məqamlarla yadda qaldı. Forumun məhz işğaldan azad edilmiş Xankəndi şəhərində keçirilməsi həm rəmzi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Tarixi Zəfərdən sonra Qarabağda keçirilən beynəlxalq tədbirlər bölgənin nüfuzunu artırmaqla yanaşı, həm də Azərbaycanın regionda sülh və inkişaf yolunda atdığı əhəmiyyətli addımlardan biri kimi yüksək dəyərləndirilir. Qısa müddət ərzidə azad olunmuş bütün əzəli torpaqlarımızda həyata keçirilən quruculuq nəticəsində bölgə müasir şəraitdə yenidən inşa edilir, regionda həyat yenidən qurulur və iqtisadiyyat inkişaf etdirilir.
 Qarabağda son dövrlər mütəmadi surətdə təşkil olunan beynəlxalq tədbirlər təkcə ölkədaxili deyil, eyni zamanda beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir. Çünki burada keçirilən çoxsaylı tədbirlər mühüm əhəmiyyəti ilə seçilməklə regionu dünyada əzəli torpağımız kimi tanıdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda verdiyi müsahibə bir çox vacib məqamları ilə yaddaqalan oldu.

Dövlətimizin Başçısı Media Forumunun iştirakçıları ilə görüşündə çox mühüm məqamlara toxundu və çox önəmli mesajlar verərək bildirdi ki, üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Çox qürurveridici haldır ki, Şuşa Media Forumu artıq ənənəvi xarakter alıbdır. Əlbətdə ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir.Möhtərəm Prezidentimiz vurğuladı ki, biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Mən bir dəfə avropalı həmkarlarımla qapalı görüşdə, hələ 2020-ci ildən sonra, amma 2023-cü ildən əvvəl, vəziyyət müzakirə olunanda, burada, Xankəndidə hələ də separatçılar olanda bildirmişdim ki, - o qədər uzun söhbət gedirdi, - mən bir dəfə dedim ki, bunu açıq, üz-üzə demişəm, yəni, yox, xalqıma heç vaxt yalan söyləmirəm. Beləcə də dedim. Bu, əslində, doğrudur. Amma sualınıza cavab olaraq, mən beynəlxalq həmkarlarıma da heç vaxt yalan danışmamağa çalışıram. Əlbəttə, imkan daxilində. Hesab edirəm ki, biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Düşünürəm ki, bu, yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə öz xalqıma həqiqəti söyləmək. İnternet və sosial şəbəkələr dövründə yaşadığımız üçün burada dediyiniz hər şey dərhal bütün dünyada rezonans doğurur. Düşünürəm ki, bu, mənim Prezident vəzifəsində əldə etdiyim çoxillik əvəzsiz təcrübə ilə bağlıdır və onu başqa cür əldə etmək mümkün deyil. Həm də belə etibarlı münasibətlərin qurulduğu, etimad göstərə biləcəyiniz zaman. Güvənmək razılaşmaq demək deyil, etimad göstərmək nədənsə müəyyən dərəcədə narazı olmaq və ya müsbət gündəmdən başqa bir şeyə sahib olmaq demək deyil. Güvənmək, sadəcə olaraq inanmaq deməkdir ki, əgər bir insan bunu deyibsə, deməli belə olacaq. Fikirləşirəm ki, bu, bizə beynəlxalq nüfuz qazanmağa imkan verən amillərdən biridir. İkinci amil, məncə, heç də az əhəmiyyət kəsb etmir. Bu, həmişə haqlı olaraq qeyd etdiyiniz kimi, prinsiplərə, konkret olaraq beynəlxalq hüququn universal prinsiplərinə riayət etməkdir. İstənilən vəziyyətdə, istər siyasi, istərsə də başqa üstünlüklərdən asılı olmayaraq, biz həmişə onlara sadiq olmuşuq. Biz özümüz də separatizmdən və işğaldan əziyyət çəkən bir ölkə kimi sadəcə olaraq dünyanın heç bir yerində analoji vəziyyətlərə münasibətimizi başqa cür ifadə edə bilmədik. Ona görə də beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik həm də fundamental amildir və hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına imkan verib. Düşünürəm ki, Azərbaycan coğrafiyası, - mən bu haqda artıq danışmışam, - bu, təbii ki, dərmanlar kimi, kimin əlində olmasından asılı olaraq, müəyyən dərəcədə bəlkə də təhlükəli, bəlkə də çox faydalı bir amildir. Buna görə də özlərini risklərdən qorumaq üçün coğrafiyadan istifadə edirlər. Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətimizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu məsələdə coğrafiyanın mühüm rolu olub. Azərbaycan, eyni zamanda, həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan və Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox başqa qurumlar vasitəsilə sammit formatlarında fəal iştirak edən azsaylı ölkələrdən biridir. Azərbaycanın nüfuzunu vurğulayan daha bir mühüm amil, deyərdim ki, D-8 Təşkilatına yeni üzv olan ilk və yeganə ölkə olmasıdır. Vaxtilə Türkiyənin, Pakistanın, Misirin təşəbbüsü ilə yaradılan və hazırda müsəlman dünyasının əhalisinə, potensialına görə ən böyük səkkiz dövlətini birləşdirən təşkilat hələ bir çox onilliklər əvvəl yarandığı gündən indiyədək yeni üzv qəbul etməyib. Azərbaycan yekdilliklə qəbul edilən yeganə ölkədir.

Prezident İlham Əliyev çıxışında işgaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edib, Qarabağa “Böyük Qayıdış”la bağlı suala münasibət bildirib.“Böyük Qayıdış” Proqramının artıq reallaşdığını diqqətə çatdırıb. Dövlət başçısı əlavə edib ki, Qarabağ, Şərqi Zəngəzur dirçələcək.

Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi