25 iyul 2025 19:50
168

Şabranda biçilmiş əkin sahələrində başlayan yanğın məhdudlaşdırılıb

Şabranda biçilmiş əkin sahələrində günorta saatlarından başlayan yanğın məhdudlaşdırılıb.

“İki sahil” xəbər verir ki,rayonun Taxtalar kəndi ərazisində qeydə alınan yanğın bir neçə saat ərzində genişlənərək 90 hektara yaxın ərazini əhatə edib.

Hadisə yerinə Şabran, Siyəzən, Xaçmaz və Quba Rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın məhdudlaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısı alınıb.