26 iyul 2025 13:20
122

Salyanda oğurluqlar edən rayon sakini saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində fərdi təsərrüfatlardan oğurluqlar edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş İsmayıl Səfərov saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan “İki sahil”ə verilən məlumata görə, araşdırmalar zamanı saxlanılan şəxsin 2 fərqli təsərrüfatdan 8 baş xırdabuynuzlu heyvan və 10-dan artıq ev quşu oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.