Fenerbahçe yay transfer dönəmində gündəmdə olan Marko Asensio transferindən rəsmi olaraq imtina edib.
“İki sahil” xəbər verir ki, klub daxilində baş tutan iclasda baş məşqçi Joze Mourinyu və idarə heyəti arasında aparılan müzakirələr nəticəsində Asensio transferinin reallaşmayacağına qərar verilib.
Bu barədə Türkiyənin nüfuzlu “Fanatik” nəşri məlumat yayıb.
Hələlik nə klub, nə də futbolçunun özü tərəfindən rəsmi açıqlama verilməsə də, “Fanatik”in xəbərinə görə, "Fənərbağça" rəhbərliyi Asensio transferindən tamamilə imtina edib və artıq yeni alternativlər üzərində işləyir.
Qeyd edək ki, futbolçunun klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.