İngiltərə qadın futbolu üzrə Avropa çempionatının final matçında İspaniyanı məğlub edib.
“İki sahil” xəbər verir ki, dramatik matçın nəticəsi penalti seriyasında həll olunub.
İsveçrənin Bazel şəhərində keçirilən qarşılaşma 2023-cü il dünya çempionatının finalının təkrarı olub. Xatırladaq ki, həmin görüşdə İspaniya qalib gəlmişdi.
Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. İspaniya millisinin hücumçusu Mariona Kaldentey ilk hissədə hesabı açıb, Alessiya Russo isə 2-ci hissədə hesabı bərabərləşdirib.
Əlavə vaxtda da qalibi müəyyən edilməyib.
Penalti seriyasında ingilislər 3:1 hesabı ilə qalib gəlib.