Bakı Ali Neft Məktəbində (BANM) tələbə və məzunların karyera imkanlarının genişləndirilməsi məqsədilə Karyera və Məzunlar Mərkəzinin açılışı olub.
“İki sahil” xəbər verir ki, bu gün BANM məzunlarının iş tapma göstəricisinə görə ölkədə l yerdədir.
Açılışda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev isə gənclərin məşğulluğunun təşviqi və universitet-sənaye əməkdaşlığının gücləndirilməsinin önəmini vurğulayıb.
Öz növbəsində, SOCAR-ın İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəisi Tural Məmmədov da tədbirdə çıxış edərək, mərkəz tələbə və məzunlara karyera dəstəyi və peşəkar inkişaf üçün geniş imkanlar yaradacağını qeyd edib.
Daha sonra mərkəzin rəsmi açılışı üçün qırmızı lent kəsilib.
Şuşaya gedən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər
Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Qarabağ Universitetinin Elmi Şurasının 2026/2027-ci tədris ilində ilk iclası keçirilib.