31 iyul 2025 09:51
258

"Aris"in futbolçusunu it dişlədi

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində təmsilçimiz"Araz-Naxçıvan"la bu gün qarşılaşacaq Yunanıstanın "Aris" klubunun futbolçusu Karles Perez xəstəxanalıq olub.

Bu barədə "Marca" məlumat yayıb.

Bildirilib ki, Perez vəhşi itin hücumuna məruz qalıb. İt futbolçunun cinsi orqanını dişləyib.

Onun vəziyyətinin ağır olduğu və əməliyyat ediləcəyi bildirilir.

Qeyd edək ki, "Aris" - "Araz-Naxçıvan" matçı bu gün Bakı vaxtı ilə 22:15-də başlayacaq. Tərəflər arasında Bakıdakı qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oxu.Az