Yaxın Şərqdə vəziyyətin daha da mürəkkəbləşməsi Avropanın təhlükəsizliyi baxımından da əlavə çağırışlar yarada bilər.
“İki sahil” xəbər verir ki, Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman İran ətrafında gərginləşən vəziyyətlə bağlı yerli mətbauta açıqlamasında bu barədə danışıb.
O regionda baş verən proseslərin diqqətlə izlənildiyini vurğulayıb və mümkün eskalasiya risklərinə qarşı ehtiyatlı yanaşmanın vacibliyini qeyd edib.
Qordan Qrliç Radman həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət gərginliyin artmaması üçün diplomatik kanallardan maksimum istifadə etməlidir. Nazir Xorvatiyanın Avropa İttifaqı və NATO çərçivəsində tərəfdaşlarla sıx koordinasiyada hərəkət etdiyini də diqqətə çatdırıb.
Putin İran ətrafındakı vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirib