13 fevral 2016 01:48
654

Pivə bulağı

Sloveniyanın Zalec qəsəbəsində belə getsə, yolda ayıq başla gəzən adam görmək mümkün olmayacaq. Səbəb, qəsəbənin mərkəzində pivə bulağının inşa olunmasıdır.

Uzun müddətli mübahisələrdən sonra bulağın inşasına icazə verən bələdiyyə nümayəndələrinin sözlərinə görə, bu, Avropanın ilk pivə bulağı olacaq. İstənilən şəxs 6 avro ödəməklə bulaqdan 3 badə pivə doldurub içə biləcək. Pivələrin növü günlərə uyğun olaraq dəyişdiriləcək. Hətta dadının fərqli olması üçün bulaqdan axan pivənin tərkibinə müxtəlif qatqılar - mayaotu, hil tumları və portağal qabığı doldurulacaq.

Bələdiyyə nümayəndəsinin sözlərinə görə, bulaq inşa olunduqdan sonra qəsəbəyə gələn turistlərin sayında da artım olacağı gözlənilir.