Sabunçu rayonunda Aeroport şosesi üzrə köməkçi yolda minik avtomobillərindən birində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücülərinin hadisə yerinə baxması səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.
Vüsal Qasımlının “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda çıxışından əsas tezislər
Əsas hədəfimiz biri süni intellekt və Big Data analitika alətlərinin proseslərə tətbiqinin genişləndirilməsidir