30 aprel 2026 17:12
128

Əsas hədəflərimizdən biri süni intellekt və Big Data analitika alətlərinin proseslərə tətbiqinin genişləndirilməsidir

Big Data analitikası sayəsində sistem müəyyən risk qruplarını  öncədən müəyyən edə və dövlətin dəstək mexanizmlərini problem yaranmadan işə sala bilər

Məqsədimiz rəqəmsal xidmətlərin əhatə dairəsinin mütəmadi genişləndirilməsidir. Bu isə əlaqəli informasiya sistemlərinin yaradılmasını və ya təkmilləşdirilməsini tələb edir. Bu istiqamətdə digər dövlət qurumları ilə əməkdaşlıq edirik.

Bunu DOST RİM-in layihələr üzrə koordinatoru Vüsalə Müzəffərova “İki sahil”ə müsahibəsində diqqətə çatdırıb.

Vüsalə Müzəffərova əlavə edib ki, əsas hədəflərimizdən biri süni intellekt, maşın öyrənməsi və Big Data analitika alətlərinin proseslərə tətbiqinin genişləndirilməsidir. Bu gündəlik işləri sürətləndirməklə yanaşı, həm də prediktiv tədbirlər görməyə imkan yaradacaq. Big Data analitikası sayəsində sistem müəyyən risk qruplarını  öncədən müəyyən edə və dövlətin dəstək mexanizmlərini problem yaranmadan işə sala bilər.

Onun sözlərinə görə, bu alətlərin əsas üstünlüklərindən biri fərdiləşdirmə imkanını təqdim etməsidir. Məsələn, işsizlik riski olanlar və ya xüsusi qayğıya ehtiyacı yarana biləcək ailələr öncədən müəyyən oluna bilər. Məqsəd vətəndaş müraciət etmədən əvvəl ehtiyacların sistem tərəfindən müəyyən edilməsi və uyğun xidmətlərin avtomatik təklif olunmasıdır. Bununla yanaşı, kibertəhlükəsizliyin gücləndirilməsi və istifadəçi təcrübəsinin daha da təkmilləşdirilməsi də əsas prioritetlərdəndir. 

Yaqut Ağaşahqızı, “İki sahil”