02 avqust 2025 10:53
118

“Tesla” şirkəti bu şəxslərə 240 milyon dollar təzminat ödəyəcək

ABŞ-də Mayami şəhər məhkəməsində andlı münsiflər İlon Maskın “Tesla” şirkətinə Floridada avtopilot sistemi ilə əlaqədar baş vermiş ölümcül avtoqəzaya görə zərərçəkənlərə 240 milyon dollar həcmində təzminatın ödənilməsi ilə bağlı qərar çıxarıb.

“İki sahil” ABŞ KİV-ə istinadən xəbər verir ki, münsiflərin qərarı əsasında federal hakim 2019-cu ildə baş vermiş qəzaya görə “Tesla”nın birbaşa məsuliyyət daşıdığını qət edib, belə ki, sözügedən sistem elektromobilin hərəkəti zamanı sıradan çıxıb və “Stop” yol nişanı zamanı sürücünü xəbərdar etməyib və ya avtomobili dayandırmayıb.

Bu texniki nasazlıq nəticəsində sürücü avtomobili ilə yol kənarında durmuş avtomobili vurub və 22 yaşlı Naybel Leon həlak olub, onun sevgilisi Dillon Anqulo isə ağır yaralanıb.

“Tesla” şirkəti məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti edəcəyini bildirib.